Maştağada qadınlar evə basqın edib sahibini bıçaqladılar - Video

Maştağada qadınlar evə basqın edib sahibini bıçaqladılar - Video

Bakıda evə basqın edən şəxslər saxlanılıblar.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evlərdən birinə daxil olan 2 nəfər naməlum şəxs ev sahibinin bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb. Hər iki şəxs törətdikləri hadisəni etiraf edib. Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter