“BOS Şelf” kollektivi orduya dəstəyini davam etdirir
- 12.11.2020, 21:10,
- İqtisadiyyat / Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
"BOS Şelf" kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna dəstəyini davam etdirir.Şirkətdən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən bildirilib ki, "BOS Şelf" şirkətinin işçi heyəti ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş müzəffər Milli Ordumuza dəstək məqsədilə Fonda 164 min manat vəsait köçürüb.
“Gözlərimizin önündə tarix yazılır, Azərbaycanın yeni gələcəyinin təməli qoyulur. Biz ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik. Ordumuza və onun Ali Baş Komandanı cənab İlham Əliyevə çoxdan gözlənilən qələbə üçün minnətdarlığımızı bildiririk və vətənimiz uğrunda canından keçmiş igid oğulların ailələri qarşısında baş əyirik”, – deyə şirkətdən verilən məlumatda bildirilir.
Xatırladaq ki, bir müddət öncə "BOS Şelf" şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb.
"BOS Şelf" in orduya çağırılan hər bir işçisinə hərbi xidmətin sonunadək onların mövcud aylıq əmək haqlarının iki misli məbləğində ödəniş olacağını da bildirilib.
