SOCAR-ın vitse-prezidentləri vəzifələrindən azad edildi - Sərəncam
- 19.07.2021, 14:30,
- İqtisadiyyat / Sosial / Xəbər
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.“Qanunyolu.info.az” xəbər verir ki, sərəncama əsasən,
Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
****
Dövlət başçısının digər sərəncamına əsasən,
Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
****
Azərbaycan Prezidentinin digər sərəncamı ilə
Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
****
Prezident İlham Əliyev
David Niyazi oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.