Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi
- 26.01.2021, 15:50,
- Siyasət
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İşlər müdirini vəzifəsindən çıxarıb.“Qanunyolu.info.az” xəbər verir ki, sərəncama əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, 80 yaşlı O. Şahbazov 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, “Əməkdar dövlət qulluqçusu” Fəxri adları və “Şöhrət” ordeni ilə təltif edilib.