Qarabağda döyüşən Avropa çempionumuz… - Foto

  • 09.11.2020, 12:25,
  • İdman
  • Baxılıb: 28
Qarabağda döyüşən Avropa çempionumuz… - Foto

Qarabağın işğalçılardan azad olunması uğrunda döyüşlərdə Azərbaycan idmançıları da iştirak edir. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, onlardan biri sərbəst güləş üzrə Avropa çempionu və hərbçilər arasında keçirilən dünya çempionatının qalibi Qalib Əliyev də var.

Torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə yaralanan idmançımıza "Şöhrət orden"li şəxsi məşqçisi, Elçin Zeynalov böyük dəstək göstərir. İdman arenalarında daima ermənilərə ağır zərbələr vuran idmançılarımız döyüş meydanında da onları məğlubiyyətə uğradırlar.

Qeyd edək ki, digər idmançılarımızdan Tofiq Musayev, Bəxtiyar Abbasov və “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov döyüş meydanında düşmənlə üz-üzədirlər. Eləcə də Dövlət Sərhəd Xidmətinin zabiti, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və başqaları da müxtəlif cəbhələrdə ordumuza xidmət göstərir.
Qarabağda döyüşən Avropa çempionumuz… - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter