“Neftçi”nin sabiq futbolçusu saxlanıldı

“Neftçi”nin sabiq futbolçusu saxlanıldı

“Neftçi”nin sabiq futbolçusu Fransisko Qarsiya həbs olunub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi sərxoş vəziyyətdə saxlanılıb.

29 yaşlı oyunçunun üzərində 140 qram marixuana aşkarlanıb. "Qato" ləqəbli futbolçu hazırda polis idarəsində saxlanılır.

Qeyd edək ki, Fransisko Qarsiya 2018-ci ildə "Neftçi"nin formasını geyinib. Bu ilin mayında Braziliya klubu “Banqu”dan ayrıldıqdan sonra işsiz qalan yarımmüdafiəçi əvvəllər də analoji problem səbəbindən həbs olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter