“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

  • 24.10.2026, 12:30,
  • Kriminal
  • Baxılıb: 12
“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

Dünən paytaxtın Xətai rayonunda kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı bəzi faktlar üzə çıxıb.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, ölümlə nəticələnən hadisə General Əliağa Şıxlınski küçəsində yerləşən “Abu Hava Green Tone” ailəvi restoranında baş verib. Həmin restoranın iqtisadçı-jurnalist, “P-S Media” şirkətinin rəhbəri Odər Qəniyə məxsus olduğu bildirilir. O, daha əvvəl deputatlığa namizəd də olub.

Oxu.Az-ın məlumatına görə, hadisənin iştirakçısı olmuş 9 nəfərdən biri deputat Arzuxan Əlizadənin oğludur.

Məlumata görə, AMİP əsdri olan Arzuxan Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır.

Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. O, kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dəhşətli cinayətdə öldürülən şəxsin adının Ceyhun olduğu və öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.
****

Odər Qəni feysbuk sosial şəbəkə hesabında paylaşım edərək restoranın hazırda ona aid olmadığını açıqlayıb:

“2 ildən çoxdur ki, restoranı satmışam, məkanla heç bir əlaqəm yoxdur”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter