“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu
- 25.10.2020, 16:10,
- İdman / Xəbər
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq futbolçunun 3 həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.
Səlahət Ağayev əməliyyatla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam”.
Qeyd edək ki, 2017/18 mövsümündən etibarən "Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.