“Böyük Dəbilqə”də 7 cüdoçumuz mübarizəyə başlayır
- 23.10.2020, 10:30,
- İdman
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, yarışın ilk günündə 8 idmançımız da qüvvəsini sınayacaq.
Kişilər60 kqKəramət Hüseynov fransalı Luka Mxeidze, Davud Məmmədsoy isə hindistanlı Vijay Kumar Yadavla qarşılaşacaq.
66 kqNicat Şıxəlizadənin rəqibi Villian Lima (Braziliya)/Yarin Menaged (İsrail) cütünün qalibi olacaq. Orxan Səfərov isə Niderland təmsilçisi İvo Verhorstertlə münasibətlərinə aydınlıq gətirəcək.
Qadınlar48 kq Aişə Qurbanlı Şirin Bouklini (Fransa) sınağa çəkəcək. Leyla Əliyeva macarıstanlı Luka Mamira ilə üz-üzə gələcək.
52 kqGültac Məmmədəliyeva monqolustanlı Qal-Od Tserentoqxodla qarşılaşacaq.
Qeyd edək ki, turnirdə idmançılar Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları da qazanacaqlar.