“Qarabağ” məğlubiyyətdən son anda qurtuldu - Video
- 25.09.2020, 20:55,
- İdman
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edib. Qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. İkinci hissədə meydan sahibləri ardıcıl iki qol vursa da, qələbəni sonadək qoruya bilməyiblər. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Azərbaycan Premyer Liqası4-cü tur25 sentyabr“Sumqayıt” – “Qarabağ” 2:2Qol: Ə.Qurbani, 52. C.Xocaniyazov, 54 – K.Ovusu, 59. F.Ozobiç, 90+5.
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.