UFC təxribata əl atan ermənini cəzalandırdı
- 07.08.2020, 13:10,
- İdman
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
UFC-də keçirdiyi son döyüşə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə, qurumun prezidenti Dana Uayt qondarma bayrağın rinqə keçirilməsinə icazə verən 20 illik işçini UFC-dən qovub.
“Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.
Las-Veqasda Derek Brunson ilə qarşılaşan Edmen Şahbazyan rəqibinə uduzub, xəstəxanalıq olmuşdu.