UFC yarışında qondarma rejimin “bayrağı” qaldırıldı - Azərbaycandan etiraz
- 03.08.2020, 12:00,
- Siyasət
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
"UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib"."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb:
"UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib".
Qeyd edək ki, ABŞ-ı təmsil edən erməniəsilli döyüşçü Edmun Şahbazyan rinqə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxıb. Derek Brunsonla döyüş zamanı qondarma rejimin bayrağı rinqdə asılı qalıb. Qarşılaşma Brunsonun qələbəsilə başa çatıb.
