Millimiz ev oyunlarını BOS-da keçirəcək

  • 13.07.2020, 15:30,
  • İdman
  • Baxılıb: 20
Millimiz ev oyunlarını BOS-da keçirəcək












Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, millimizin hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Yığmamız Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz son dəfə BOS-da 2018-ci ildəki Millətlər Liqasında çıxış edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter