“Hamburq”dan “Başakşəhər”ə
- 04.07.2020, 12:50,
- İdman
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin “Başakşəhər” klubu bu mövsümün əvvəlində Almaniya “Hamburq”undan icarəyə götürdüyü Berkay Özcanın transfer hüquqlarını da alıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyə yığmasının da formasını geyinən 22 yaşlı futbolçu, İstanbul təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb.
“Ştutqart”ın yetirməsi olan Berkay Özcan “Hamburq”a 2019-cu ildə transfer olunmuşdu. O, “Başakşəhər”in heyətində bu mövsüm Super Liqa çərçivəsində 14 oyuna çıxıb.