“Qrizmann 2018-ci ildə Messi və Ronaldodan yaxşı idi”

  • 20.05.2020, 22:03,
  • İdman
  • Baxılıb: 17
“Qrizmann 2018-ci ildə Messi və Ronaldodan yaxşı idi”












“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona”nın hücumçusu Antuan Qrizmannla bağlı açıqlama verib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Fransa mətbuatına danışan mütəxəssis, 2014-2019-cu illərdə “Atletiko”da çıxış edən futbolçu ilə bağlı bunları deyib:

“Antuan cinahda oynayırdı və onu hücumda oynadanda məni öldürmək istəyirdilər. Klub cinah futbolçusu üçün 30 milyon avro ödəmişdi və mən hər şeyi dəyişdirdim.

İkinci hücumçu olaraq oynamaq üçün o, bütün xüsusiyyətlərə sahib idi. Onunla fiziki səviyyədə çox çalışdıq. 2018-ci ildə heç bir futbolçu “Atletiko” və Fransa millisi üçün Qrizmanndan daha vacib şeylər etmədi.

Lionel Messinin və Kriştiano Ronaldonun ən yaxşı futbolçular olduğunu deyə bilərik, amma bu, 2018-ci ildə belə deyildi. Həmin il ən yaxşı Qrizmann idi”.

Qeyd edək ki, Qrizmann 2019-cu ildə “Barselona”ya keçib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter