Daş karxanasında faciəvi ölüm
- 29.03.2021, 15:00,
- Hadisə / Kriminal
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda daş karxanasında kombayn işçinin başını kəsib."Qanunyolu.info.az" xəbər verir ki, Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən – kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirov ölüb.
Müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb.Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.