112 su sayğacı oğurladı - Fotolar

  • 06.03.2021, 13:40,
  • Kriminal
  • Baxılıb: 32
112 su sayğacı oğurladı - Fotolar

Kəpəz rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus, şəhər ərazisində quraşdırılan mexaniki su sayğacları və onların qutularını oğurlamaqda şünhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Arzu İbrahimov qeyd edilən Səhmdar Cəmiyyətə məxsus, vətəndaşların istifadəsinə verilməmiş 112 ədəd mexaniki su sayğacı və 18 ədəd qutusunu oğurlayaraq ümumilikdə 4759 manat maddi ziyan vurub.
112 su sayğacı oğurladı - Fotolar

A. İbrahimov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter