Marneulidə Azər Süleymanovun evi qarət olundu - Fotolar+Video

Marneulidə Azər Süleymanovun evi qarət olundu - Fotolar+Video

Gürcüstan parlamentinin keçmiş millət vəkili Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət olunub.

“Qanunyolu.info.az” xəbər verir ki, 24News.ge-yə müsahibə verən Azər Süleymanov oğurluğun sistemli şəkildə olduğunu, onların başqa-başqa günlərdə evə daxil olduqlarını, lakin bunu sadəcə bu gün hiss etdiklərini bildirib.

Onların başqa-başqa günlərdə daxil olması faktı isə evdə mövcud olan təhlükəsizlik kameralar vasitəsi ilə qeydə alınıb.
Marneulidə Azər Süleymanovun evi qarət olundu - Fotolar+Video

Süleymanov bildirib ki, cinayətkarların evə sonuncu dəfə qarət üçün daxil olması bu gün səhər saat 07:00 radələrində baş verib.

O qeyd edib ki, evə daxil olan şəxslər evin həyətində olan antikvar əşyaları oğurlayıb və həmçinin, həyətdə olan avtomobili də qarət ediblər, lakin onlar evin içərisinə daxil ola bilməyiblər.
Marneulidə Azər Süleymanovun evi qarət olundu - Fotolar+Video

Azər Süleymanov hələlik tam olaraq evdən və avtomobildən qarət olunan əşyaların dəyərinin bilinmədiyini qeyd edib.

Hazırda Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları evdə istintaq aparır, evə yerləşdirilən kamera görünütüləri polis tərəfindən götürülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter