Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı + Yenilənib

Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı + Yenilənib

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların və vəfat edənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
****

Yol qəzası nəticəsində ölənlərin sayı artaraq 2-yə çatıb.

Ölənlər - Həsənov Niyaməddin Gülməmməd oğlu və Həsənova Könül Səlim qızıdır, yaralananlardan biri isə - Abdullayev Adil Mehman oğludur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter