Rusiyada ağır yol qəzası: 8 ölü, 3 yaralı - Foto
- 03.01.2021, 18:35,
- Xəbər
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Tuva Respublikasında ağır yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “TASS”a Respublika Daxili İşlər Nazirliyindən bildirilib.Hadisə R-257 “Yenisey” yolunun 953-cü kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Respublikanın Səhiyyə Nazirliyindən “TASS”a bildirilib ki, üç nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan biri ağır vəziyyətdədir.