Azərbaycanlı repçinin qəzada vurduğu qadının vəziyyəti ağırdır
- 23.09.2020, 11:30,
- Hadisə / Kriminal / Xəbər
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada tanınan azərbaycanlı repçi Elleyin (Elmin Quliyev) qəzada yaraladığı Nadejda Tuxtarovanın vəziyyəti ağırdır."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Tuxtarovanın qardaşı Sergey məlumat verib. O, 360 kanalına açıqlamasında bacısının əməliyyata ehtiyacı olduğunu bildirib: “Sol ayaq biləyi amputasiya edildi, böyrəyi də qəzada qopub. Omba sümüyü çox pis sınıb. Allaha dua edirəm ki, sağ qalsın”.
Zərərçəkənin qardaşı ifaçı və nümayəndələrinin hələ də onunla əlaqə saxlamadığını söyləyib. O, atalarının əlil olduğunu, hadisə barədə xəbərsiz olduğunu əlavə edib.
Qeyd edək ki, N. Tuxtarova Moskva Dövlət Linqvistik Universitetinin müəllimidir.
Xatırladaq ki, iki gün əvvəl Elley idarə etdiyi “Infiniti” markalı avtomobillə “Mercedes”lə toqquşub və səkiyə çırpılıb. Hadisə zamanı 3 nəfər yaralanıb.