Siyəzəndəki yanğında 2 nəfər ölüb - Yenilənib
- 31.07.2020, 19:15,
- Hadisə / Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi,Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb."Qanunyolu.info.az", “Qafqazinfo”nun məlumatına istinadən, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.
Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
***
Hadisə nəticəsində daha bir nəfər həyatını itirib. Onun şəxsiyyəti müəyyənləşdirilir.
***
Hadisə nəticəsində həyatını itirən ikinci şəxs - 1959-cu il təvəllüdlü Qanbayev Nizami Əli oğludur. Meyit müayinə olunmaq üçün Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
O, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Siyəzən Meşəbəyliyinin meşə gözətçisi vəzifəsində çalışırdı.