Siyəzəndəki yanğın söndürüldü - Yenilənib + Video
- 31.07.2020, 18:05,
- Hadisə / Xəbər
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-dən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.Yanğının söndürülməsi əməliyyatından bəzi operativ görüntüləri təqdim edirik: