Göyçayda qəza - 1 ölü, 3 yaralı + Fotolar

  • 03.05.2020, 21:32,
  • Kriminal
  • Baxılıb: 24
Göyçayda qəza - 1 ölü, 3 yaralı + Fotolar












Göyçayda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qanunyolu.info.az", "Qafqazinfo"nun məlumatına istinadən, hadisə rayonun Cəyirli kəndində olub.

Belə ki, rayonun Kürdəmiş kənd sakini Allahverdiyev Akşin Firudin oğlu idarə etdiyi "Daewoo" marka minik avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi Babayev Ələkbər Tapdıq oğlunun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub.

Qəza zaman "VAZ 21011" sürücüsü - 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu ölüb.

Digər avtomobilin sürücüsü Kürdəmiş kənd sakini, Allahverdiyev Akşin Firudin oğlu və sərnişinləri - 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Göyçayda qəza - 1 ölü, 3 yaralı + Fotolar
Göyçayda qəza - 1 ölü, 3 yaralı + Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter