Ceyranbatan Su Anbarında adam boğulub? - Rəsmi açıqlama

  • 16.05.2020, 16:34,
  • Hadisə
  • Baxılıb: 10
Ceyranbatan Su Anbarında adam boğulub? - Rəsmi açıqlama












Sosial şəbəkələrdə Ceyranbatan Su Anbarında çobanın boğulması haqda məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "Qanunyolu.info.az", "Qafqazinfo"nun sorğusuna istinadfən cavab olaraq bildirib ki, hadisə Ceyranbatan Su Anbarında olmayıb: "Mayın 15-də Laçın rayonundan məcbur köçkün Fariz Təhməzov Samur-Abşeron kanalının kənarında qoyun otararkən kanala düşüb və boğulub. Onun meyiti artıq çıxarılaraq ailəsinə təhvil verilib. Ceyranbatan Su Anbarı strateji yerdir və xüsusi mühafizə olunur. Anbara kiminsə yaxınlaşması mümkün deyil. Hadisə su anbarında yox, su kanalında olub".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter