Quba yolundakı dəhşətli qəzada ölənlərin adları - Siyahı + Yenilənib
- 15.12.2022, 15:30,
- Hadisə / Kriminal
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmiryolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olub.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. İlkin baxış zamanı vəfat edən iki nəfərin: Kamran və Nəsimi adlı şəxslərin kimliyi müəyyən edilib.
Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.
Qeyd edək ki, dəhşətli qəza hazırda təmir işləri gedən yolun 98-ci km-də, Siyəzən rayonu ərazisində baş verib. "Mersedes Vito" markalı mikroavtobus TIR-la toqquşub. Nəticədə mikroavtobusdakı 6 nəfərin hamısı vəfat edib, TIR sürücüsü isə xəsarət alıb.
15:32Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli qəzada ölən 6 nəfərdən 5-nin şəxsiyyəti müəyyən edilib.
“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, ölən şəxslər bunlardır.1. 1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu
2. 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu
3. 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu
4. 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu
5. 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin isə kimliyini müəyyən etmək mümkün olmayıb.
