Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü + Yenilənib

Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü + Yenilənib

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qanunyolutv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı mikroavtobusda olan şəxslər olub. TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü + Yenilənib

TƏBİB-dən verilən məlumata görə, bu gün Bakı-Quba yolunda baş verən ağır yol qəzası nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

1992-ci il təvəllüdlü olan şəxsin müalicəsi Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.
****

DİN-dən bildirilib ki, tibbi müdaxilələrə baxmayaraq, TIR-ın sürücüsü də xəstəxanada vəfat edib.
****

DİN-dən bildirilib ki, TIR-ın sürücüsü vəfat etməyib.
Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü + Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter