İmran Xan sui-qəsd zamanı 16 yara alıb

İmran Xan sui-qəsd zamanı 16 yara alıb

Xəbər verdiyimiz kimi, noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxs İmran Xanın içərisində olduğu avtomobilə atəş açıb. Atəş açan şəxs saxlanılıb.

“Qanunyolutv.az”, “GEO” telekanalına istinadən xəbər verir ki, sui-qəsd cəhdinin təfərrüatı məlum olub.

Məlumata görə, keçmiş Baş nazir insident zamanı hər iki ayağından yaralanıb.

Güllə İmran Xanın sağ ayağına və sol ayağının sümüyünə dəyib.
İmran Xan sui-qəsd zamanı 16 yara alıb

Həkimlərin sözlərinə görə, İmran Xan xəstəxanaya çatdırılarkən huşsuz vəziyyətdə olub. Onun ayaqlarında 16 yara izi qeydə alınıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter