Argentinanın vitse-prezidentinə qarşı sui-qəsd cəhdi - Video

Argentinanın vitse-prezidentinə qarşı sui-qəsd cəhdi - Video

Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşnerə qarşı sui-qəsd cəhdi olub.

“Qanunyolutv.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə Buenos-Ayresdə Kirşnerin evinin yaxınlığında baş verib.

Ölkə mediası insidentin görüntülərini yayıb. Məlumata əsasən, vitse-prezident evinin yaxınlığında onu qarşılayan insanların və jurnalistlərin əhatəsində avtomobilə əyləşmək istəyib.
Argentinanın vitse-prezidentinə qarşı sui-qəsd cəhdi - Video

Bu zaman siyasətçinin yaxınlığında dayanan bir şəxs ona qarşı tapança tuşlayıb. Buna baxmayaraq, atəş açılmayıb. Ətrafdakılar sui-qəsd törətmək istəyən şəxsi saxlamağa çalışıb. İnsident nəticəsində vitse-prezident xəsarət almayıb.

Sözügedən şəxs polis tərəfindən saxlanılıb və hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İnsident səbəbindən Argentinada bu cümə günü qeyri-iş günü elan olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter