Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il keçir
- 27.10.2022, 00:30,
- Hadisə / Sosial / Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından iki il ötür.“Qanunyolutv.az” xəbər verir ki, oktyabrın 27-də “Smerç” raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölənlərin siyahısı:1959-cu il təvəllüdlü Aybəniz Əşrəf qızı Əhmədova
1961-ci il təvəllüdlü Almaz Salah qızı Əliyeva (2020-ci il oktyabrın 27-də xəsarət alıb, 2020-ci il oktyabrın 28-də isə vəfat edib)
1970-ci il təvəllüdlü Ofeliya Məcid qızı Cəfərova
1980-cı il təvəllüdlü Ehtiram Xəlil oğlu İsmayılov
2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova.Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.