Qəza baş verən ərazidə son vəziyyət - Video+Yenilənib

Qəza baş verən ərazidə son vəziyyət - Video+Yenilənib

Fövqəladə Hallar Nazirliyi Kür-Bakı magistral su kəmərindəki qəza fəsadlarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

"Qanunyolutv.az" xəbər verir ki, FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.
Qəza baş verən ərazidə son vəziyyət - Video+Yenilənib

Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Qaradağ rayonu ərazisində Kür-Bakı magistral su kəmərində qəza baş vermiş əraziyə gəlib.

Nazir müavini kəmərdə qəza nəticəsində yaranmış vəziyyətlə tanış olub, hadisənin fəsadlarının aradan qaldırılması üçün lazımı göstərişlər verib.
Qəza baş verən ərazidə son vəziyyət - Video+Yenilənib

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter