Bakıda 685 bal toplamış tələbə intihar etdi - Foto
- 07.10.2022, 16:00,
- Hadisə / Sosial / Xəbər
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini olan Şəhriyar Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.
Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Allah rəhmət eləsin!