AMEA-nın 41 yaşlı alimi intihar edib? - Yenilənib

AMEA-nın 41 yaşlı alimi intihar edib? - Yenilənib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
****

"Qanunyolutv.az" xəbər verir ki, Emil İsgəndərlinin dostları bildirib ki, o, intihar etməyib. Bir müddətdir, müalicə olunan Emil İsgəndərli təzyiqi ilə bağlı həmin dərmanları qəbul edib. Daha sonra onun halı pisləşdiyindən təcili tibbi yardıma müraciət edilib.
AMEA-nın 41 yaşlı alimi intihar edib? - Yenilənib

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter