Bakıda 15 yaşlı məktəbli anasını küçədə qətlə yetirdi - Yenilənib
- 20.04.2022, 14:30,
- Hadisə / Kriminal
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda küçədə qadın qətlə yetirilib.“Qanunyolu.info.az”-ın məlumatına görə, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.
35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Qətlə yetirilən qadının Sevinc Məhərrəmova olması müəyyən edilib. Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.
****
Nizami rayon Prokurorluğu bu gün törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir: "Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
