“Kapital Bank”ın filial müdiri Mahir Sultanov intihar etdi

“Kapital Bank”ın filial müdiri Mahir Sultanov intihar etdi

“Kapital Bank”ın filial müdiri intihar edib.

“Qanunyolu.info.az" -ın məlumatına görə, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.

O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.
****

Baş Prokurorluq “Kapital Bank”ın filial müdiri Mahir Sultanovun intiharı ilə bağlı açıqlama verib.

“Qanunyolu.info.az” xəbər verir ki, Mətbuat xidmətindən bildirilib ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib.

Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter