DSX hərbçisi intihar etdi - Yenilənib
- 11.05.2022, 12:00,
- Hadisə / Xəbər
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib. “Qanunyolutv.az” xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
****
Hərbi Prokurorluq DSX gizirinin intiharı ilə bağlı məlumat yayb.Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, mayın 10-u Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub:
“Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Şəmkir Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.
