Məktəbin həyətində şagirdi cərəyan vurdu, öldü

Məktəbin həyətində şagirdi cərəyan vurdu, öldü

Cəlilabad rayonunda məktəbin həyətində 1-ci sinif şagirdi elektrik cərəyanı vurması nəticəsində ölüb.

“Qanunyolu.info.az” xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Ocaqlı kəndində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalov transformatorun yaxınlığında olarkən onu elektrik cərəyanı vurub.

İlkin məlumata görə, məktəbin həyətində yerləşən transformatorla bağlı dünən təmir işləri aparılıb. Ana xətdən paylayıcıya yeni elektrik naqili ilə cərəyan ötürülüb. Bu zaman naqildə açıq hissə qalıb.

Bu gün dərs bitdikdən sonra Hüseyn Zeynalov transformatorun yaxınlığında oynayarkən cərəyan vurması nəticəsində ölüb.

7 yaşlı Hüseynin mərhum babası Xeyrulla Əzizov da həmin məktəbdə müəllim işləyib. Anası qonşu kəndə gəlin köçsə də, uşaq bu məktəbdə təhsil alıb.

Faktla bağlı araşdırma aparılır.
****

"Qanunyolu.info.az" xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter