Qubada azyaşlı uşaqları elektrik cərəyanı vurdu, biri öldü

Qubada azyaşlı uşaqları elektrik cərəyanı vurdu, biri öldü

Quba rayonunda oynayan iki uşaq transformatora toxunduğu üçün elektrik cərəyanı vurub.

“Qanunyolu.info.az” xəbər verir ki, iyunun 13-ü rayonun Zərdabi qəsəbəsində baş verib.

12 yaşlı Fərhadov Polad Fərhad oğlu və qonşusu, 13 yaşlı Bayramov Uğur Xəyyam oğlu kəndin yaxınlığında yerləşən transformatorun yaxınlığında oynayarkən onları “tok” vurub.

İlkin məlumata görə, Polad Fərhadov maraq üçün “görüm məni “tok” vuracaqmı” deyərək transformatora toxunub və elektrik cərəyanı vurması nəticəsində uzaqlaşa bilməyib. Onu dartıb ayırmaq istəyən dostu Uğur Bayramovu da elektrik cərəyanı vurub. Onların yanında olan Poladın bacısı transformatora daş atıb və bu zaman elektrik cərəyanı hər iki uşağı buraxıb, onlar yerə yıxılıb.

Polad Fərhad vəfat edib, Uğur Bayramov hazırda xəstəxanada müalicə olunur.
****

Qubada iki azyaşlını “tok” vurması və onlardan birinin ölməsi ilə bağlı cinayət işi başlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, Quba rayon prokurorluğundan verilən məlumata görə, iyunun 13-də Quba rayonunda 2 azyaşlının elektrik cərəyanı vurması nəticəsində biri ölüb, digəri isə xəsarət alıb.

Müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter