Məhkəmə 3 yaşlı Məryəmi öldürən şəxslə bağlı qərar verdi
- 03.02.2022, 14:30,
- Hadisə / Xəbər
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 3 yaşlı qızı öldürərək quyuya atmaqda təqsirləndirilən şəxs barəsində qərar çıxarılıb.“Qanunyolu.info.az” xəbər verir ki, Xəzər Rayon Məhkəməsi şübhəli şəxs qismində saxlanılmış Mehman Mansoruv barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Şübhəli şəxs kimi saxlanılan 1990-cı il təvəllüdlü Mehman Mansurovun mərhumun qonşusu olduğu bildirilir.
Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.