Quyudan meyiti tapılan 4 yaşlı qız öldürülübmüş - Saxlanılan var
- 01.02.2022, 17:30,
- Hadisə / Kriminal
Baxılıb: 50
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən Bakıda 10 metr dərinlikdə olan quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.“Qanunyolu.info.az”-ın əldə etdiyi məlumata görə, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.
O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun M.Hüseynlinin qonşusu olduğu bildirilir.
Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.
****
"Qanunyolu.info.az" xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.
