Narkotik çəkib taksi sürən şəxs saxlanıldı - Video
- 25.01.2022, 13:30,
- Hadisə / Kriminal
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobili narkotik vasitə qəbul edərək idarə edərkən saxlanılıb.
Həmin şəxsin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Səbuhi Quliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.