Gənc müəllim intihar etdi
- 21.01.2022, 13:50,
- Hadisə / Kriminal
Baxılıb: 56
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay rayon sakini intihar edib.“Qanunyolu.info.az”-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.
Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb.
Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Bakıda barda tanış olduğu qadın “Parkside” hotelində əcnəbini soydu
Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.