Meksikada körpü çökdü - Video

Meksikada körpü çökdü - Video

Meksikanın San-Lyuis Potosi ştatında körpü çöküb.

“Qanunyolu.info.az” xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Serritos və Tula şəhərlərini birləşdirən avtomagistraldakı körpünün çökməsi bir nəfərin ölümünə səbəb olub.

Daha dörd nəfərin yaralandığı qəzadan sonra hadisə yerinə çox sayda tibbi yardım və mülki müdafiə xidməti əməkdaşları cəlb olunub.

Ölən şəxsin çökmə anında körpüdən keçməyə çalışdığı bildirilib. Maşın dağıntıların altında qalıb.

Yaralılar isə körpüdə işləyənlərdir. Körpü güclü yağışlardan sonra qəzalı vəziyyətdə olub, buna görə də nəqliyyata bağlanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter