Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

“Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.”
Heydər Əliyev


Bu dəfə yolumuzu insanlara sevinc bəxş edən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan saldıq. Həqiqətən də binanın təmirdən sonrakı xarici və daxili görünüşü göz oxşayandır. Burada gələn xəstələrə qayğı və diqqət yüksək dərəcədə yerinə yetirilir. Pandemiya dövründə xəstələr də qaydalara əməl edərək, maskalarda olmaqla, ara məsafələrini qorumaqla qəbula gəlir və həkimlərdən lazımı məsləhətlər alırlar.

Bizdə bu dəfə öz peşəsini sevən, sənətilə qürur duyan, xəstələrin və kollektivin sevgi və rəğbətini qazanan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, Tibb Üzrə Fəlsəfə doktoru, dosent Fatimə xanım Hacıyeva ilə görüşüb həmsöhbət olduq. İstərdim ki, Fatimə xanım haqqında sizlərə məlumat verəm.
Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

Hacıyeva Fatimə Rasim qızı -1979-cu ildə Bakıda qulluqçu ailəsində anadan olub. Əslən qədim Borçalı mahalındandır.1995-ci ildə Bakıdakı 7 saylı məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsinə daxil olub, 2001-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib.

2001-2002-ci illərdə F.Əfəndiyev adına xəstəxananın bazasında olan endokrinologiya şöbəsində internatura kecib. 2005-2007-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Mamalıq-ginekoligiya kafedrasında kliniki ordinatura keçib və mama-ginekoloq ixtisası alıb. 2008-ci ildə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) “Mamalıq“ elm bölməsinə elmi işçi vəzifəsinə qəbul olunub.
Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

2008-ci ildə "İnfeksion mənşəli erkən vərdişi düşüklərdə lokal immun göstəricilərin diaqnostik əhəmiyyəti" adlı dissertasiya mövzusu təsdiq edilib, 2013-cü ildə həmın mövzunu müdafiə edərək Tibb Üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alıb. 2017-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul olub.

Fatimə Hacıyeva 2017-ci ildə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun "Mamalıq" elm bölməsinin böyük elmi işçisi secilib. 2019-cu ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent elmı adını alıb. Elə həmin ilin iyun ayında ETMGİ-nun "Ginekologiya" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifədə şərəf və ləyaqətlə çalışır.
Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

İki dərs vəsaitinin, 60-dan çox elmi məqalənin müəllifidir. İngiltərə, Danimarka, İsveç, Macarıstan, Hindistan və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub. 2011-ci ildə İngiltərənin London şəhərində keçirilən Dünya Mama Ginekologiya konqresində elmi işinin poster prenzentasiyası qızıl medala layiq görülüb.

Fatimə xanım da işinin çətin, ağır və həmdə məsuliyyətli olmasına baxmayaraq öz sənətini, peşəsini sevərək onu icra edir. Xəstələrin hər an yanında olub, onların problemləri ilə maraqlanır və qayğılarına qalır. Bir məqamı da nəzərinizə çatdırmağı özümə borc bilərək qeyd edirəm: " Dəyərli həkimlə həmsöhbət olduğum vaxt bir yaşlı xəstə xanım otağa daxil olub Fatimə xanıma öz dərin təşəkkürünü bildirdi. Bu an mənim də diqqətimi cəlb etdi və səbəbini həkimdən soruşdum. Həkim mənə cavab olaraq bildirdi ki, bu xəstəyə öz imkanımız daxilində yardım edib, əməliyyata götürəcəyik."
Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

Bəli, qeyd edim ki, bu birinci xəstə deyil ki, Fatimə xanım özünün imkanı daxilində əməliyyat edir. O, bir çox imkansız xəstələri əməliyyata götürərək, onların xəstəliklərini aradan qaldırıbdır. Bundan başqa dəyərli həkim Fatimə xanım 44 günlük Vətən müharibəsi savaşında da xeyirxah əməlləri ilə özünün həkimlikdən əlavə olaraq vətəndaşlıq, insanpərvərlik borcunu yerinə yetirərək şəhid ailələrinə, qazilərimizə maddi və mənəvi köməklik edərək dəstək olmuşdur.

Həqiqətən də həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Həkimlik həyatda hər hansı bir digər məsləklə müqayisə olunmayacaq qədər məsuliyyəti cox böyük olan şərəfli peşədir.
Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Fatimə xanıma və onun rəhbərlik etdiyi kollektivə işlərində yeni-yeni müvəffəqiyyətlər, dəyərli həkimimiz, çox hörmətli Fatimə xanım Hacıyevaya şəxsi həyatında, şərəfli peşəsində, eləcə də, elmi yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzulayırıq! İnsanlara göstərdiyiniz qayğı, təbəssüm və xoş simanız Sizi milyonlara sevdirdi Fatimə xanım. Arzu edirik ki, əyninizdəki o ağ xalatınız heç zaman qara ləkə götürməsin! Bütün xəstələrinizə də sevgi və sağlıq dolu həyat diləyirik!
Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

Həyat verər bıçağının kəsəri,
Neştərləyər çürük qanı, zəhəri.
Şəfalıdır həm dili, həm əlləri,
Ayaqları cəfalıdır, həkimlər!
***************************
Vicdanında Hippokrat andı var,
Düşmənə də rəhm əlini uzadar.
"Loğman" adı tarixlərdə yaşayar,
Vətəndaşlıq timsalıdır, həkimlər!

Qayğıkeş həkim Tibb Üzrə Fəlsəfə doktoru, Dosent-Fatimə xanım Hacıyeva

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • smith
  • 06-05-2021, 12:19
  • : 12:19
    • Нравится
    • 0
Rado lanzó replicas rolex de cracker a mediados del siglo pasado, y esta versión de su replicas relojes famosa línea Golden Horse no decepciona en absoluto. Logotipo genial, esfera original, relojes imitacion caja de 36,5 mm y reserva de marcha de 80 horas..
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter