"Qanunyolu.info.az" "Ana harayı" abidəsini ziyarət etdi
- 26.02.2021, 16:30,
- Gündəm / Cəmiyyət / Sosial / Xəbər
Baxılıb: 66
Facebook
Вконтакте
Одноклассники
Google+
"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir"
Ümummilli Lider Heydər Əliyev.Bu gün 26 Fevral "Xocalı soyqırımı" günüdür. Artıq bu faciəvi gündən 29 il ötür. Lakin uzun illər ötsədə xalqımız bu dəhşətli gecəni, erməni qəsbkarlarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri unutmur və Xocalı soyqırımına ucaldılmış "Ana harayı" abidəsini hər il olduğu kimi bu ildə ziyarət edirlər. Amma bu ilki ziyarət ötən illərdəkindən tam fərqlidir. Çünki biz bu il Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızı rəşadətli Azərbaycan ordusunun, əsgərlərinin sayəsi nəticəsində azad etdik və erməni vandalizminə "Dəmir yumruq" kimi birləşərək qalib gəldik. Məhz buna görə də bu il bu abidəni ziyarət edən hər bir kəs yüksək ruh yüksəkliyi ilə gəlir, abidənin önünə gül dəstələri qoyur və soydaşlarımızın ruhlarına dualar edirlər.

Onu da qeyd edim ki, axşam saatlarında DİN-i cənab general-polkovnik Vilayət Eyvazov da öz vətəndaşlıq borcunu yerinə yetirərək rəhbərlik etdiyi kollektivlə birgə Xocalı soyqırımına ucaldılmış "Ana harayı" abidəsini ziyarətə gəldi. O, abidə önünə gül dəstələri qoyaraq baş əyib, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
İnsanlar hətta axşam saatlarında belə bura üz tuturlar. Böyüklərlə yanışı ziyarətə bizlərin gələcəyi olan körpələr, gənclər, uşaqlarda gəlib abidəni ziyarət edirlər. Bəli, həqiqətəndə bu gün Xocalı soyqırımı günündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirələn soydaşlarımızında ruhu şaddır. Çünki Azərbaycan ordusunun qəhrəman, igid əsgərləri onların qanını yerdə qoymadılar. Yaşasın Müzəffər Ordumuz!
Bizdə bu gün "Qanunyolu.info.az" xəbər portalının kollektivi olaraq özümüzə borc bilib Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdik və şəhidlərimizin ruhuna dualar oxuduq. Xocalı soyqırımını biz heç vaxt unutmayacaq, unutdurmayacaq və daima qəlbimizdə yaşadacağıq! Xocalı yarası qəlbimizi həmişə sızladacaq!
Allah bir daha bu acını, o dəhşətli günləri Azərbaycan xalqına, millətinə yaşatmasın. Məndə rəhbər olaraq "Xocalı soyqırımı" nda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımıza Allahdan rəhmət diləyib, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!"Qanunyolu.info.az" Təsisçi və baş redaktor Arif Süleymanlı
Şöbə müdiri: Elnarə Mustafayeva
