"Su gələr, axar gedər, bəndləri yıxar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər"."İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi" İctimai Birliyin əməkdaşları Elşən müəllim, Məhəbbət xanım Qəbələli, Sevda xanım, Maqsud müəllim, İradə xanım, Vəfa xanım, Mayisə xanım, Tofiq müəllim, operator Arzuman, Anar müəllim, Tahir müəllim, Vüqar müəllim, Süleyman müəllim, Səttar müəllim, Gəray müəllim İB-yin sədri Fikrət müəllimin vaxtsız ölümündən kədərləndiklərini bildirirlər.
Onun ailəsinə, yaxınlarına, qohumlarına dərin hüznlə başsağlığı verərək, ona rəhmət diləyirlər.
"Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq məndə öz kollektivimiz adından gözəl insan, səmimi və mehriban, kollektiv arasında öz hörmətini qazanmış, öz işini bacaran İB-yin sədri Fikrət Quliyevə dərin hüznlə anaraq, onun ailəsinə Allahdan səbr diləyir və ruhu şad olsun deyirik.
Əzizim, ellər ağlar,
Çiçəklər, güllər ağlar.
Nakam bir ömür üçün,
Ağaran tellər ağlar.ALLAH RƏHMƏT ELƏSİN!