Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur

İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
HEYDƏR ƏLİYEV


Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur









Ölkəmizi dünyada olduğu kimi artıq neçə aylardır ki, öz cənginə alıb tüğyan edən koronovirus (COVİD-19) pandemiyasına qarşımübarizələr davam etdirilir. Cənab Prezident İlham Əliyevin və Operativ Qərargahın verdiyi tapşırıqlar, qoyduqları
qayda-qanunlar rayon, bölgə, region və paytaxtda əhali arsında yüksək səviyyədə təbliğ olunur, vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılır. Eləcədə COVİD-19 infeksiyası ilə əlaqədar dölət qurumları və özəl təşkilatlar imkansız və şəhid ailələrinə, yaşı 65-dən yuxarı olan qocalara, Qarabağ əlillərinə, Qazilərimizə, qaçqın və məcburi köçkünlərə, ümumiyyətlə bu yardıma ehtiyacı olanlara bu günə kimi yardımlar edilir.

Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur



















Qeyd edim ki, belə xeyirxah qurumlardan biri də "Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası " dır.(QƏDFF) Bu quruma rəhbərlik edən Rövşəm Quliyev də rəhbəri olduğu əlillərdən ibarət olan futbol komandasının həmişə qayğısına qalır, istər dar gündə, istərsə də xoş günlərində onları yad edir, problemləri ilə maraqlanır və komandasına yardımlar göstərir. Bu günlərdə də QƏDFF -nın rəhbəri Rövşən Quliyev və federasiyanın vitse-prezident Ziya Əhməov yenə də rəhbərlik etdikləri kollektivlə birgə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar Gəncə şəhər, Tovuz, Kəpəz, Qazax rayonlarına orda olan komanda üzvlərini ziyarət etdilər. Onları bu ağır günlərdə yenidən sevindirdilər.

Xatırladım ki, bu aralarda "Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" na COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) və " Bakı Tekstil Fabriki MMC-nin (BTF) təmsilçiləri "Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" komandasının üzvlərini ziyarət edərək, onlarla görüşlər keçiriblər. ADSİA və BTF rəhbərləri komanda üzvlərinin durumuyla, gördükləri işlərlə, onların yaşam tərziylə və.s. maraqlanıblar. Eyni zamanda fədakar və çalışqan Qarabağ əlil futbolçularımıza yardımlar ediblər.
Mən bir faktı da qeyd etmək istərdim ki, "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə xanım Babayeva nəinki bu kimi tədbirlərə habelə müqəddəs Qurban və Ramazan bayramında, Novruz bayramında da tez-tez qoşularaq ehtiyacı olan insanlara, əlillərə, imkansız ailələrə özünün daxili hesabına yardımlar edibdir.

Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur














Rövşən Quliyev hətta etdiyi çıxışlarında “Biz daima Ali Baş komandanın tapşırıq və tövsiyyələrinə ürəklə əməl edir, bu yolda uğurlu addımlarımızı atırıq. Qarabağ döyüşlərində əlil olan futbolçu idmançılarımız Vətən uğrunda döyüşlərdə yenidən iştirak etmək üçün, bu gün Ali Baş Komandan cənab İlham Əliyevin verəcəyi əmri gözləyirlər” deməyi də unutmamışdır.
Federasiyanın rəhbəri Rövşən müəllim hər il olduğu kimi bu ildə qarşıdan gələn müqəddəs Qurban bayramında xalqının yanında olacaq və əzmkar futbol komandasını bu bayram münasibətilə təbrik edib sevindirəcəkdir.
Əldə etdiyimiz müəyyən məlumatlara görə, “Qarabağ Əlil Döyüşçülər Federasiyası” 2022-ci ildə keçirilməsi nəzərdə tutulan dünya çempionatına vəsiqə əldə edib. İnanırıq ki, keçirilməsi planlaşdırılan bu beynəlxalq yarışda Federasiya üzvləri yeni bir uğura imza atıb, doğma Azərbaycanımızın adının bir daha zirvələrə ucaldılmasına səbəb olacaqlar.


P.S. Sonda isə məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından belə bir halların varlığını nəzərə alıb, başda Rövşən Quliyev olmaqla Federasiyanın hər bir üzvünə, rəhbərlik etdiyi işgüzar komandasına gələcək fəaliyyətlərində uğurlar, yeni-yeni müvəffəqiyyətlər və nailiyyətlər arzu edirək "Biz birlikdə güclüyük" deyirik.
TANRI SİZLƏRİ QORUSUN.
Hazırladı: "Qanunyolu.info.az" xəbər portalının rəhbəri Arif Süleymanlı

Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Azərbaycan Respublikası " Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası" nın Prezidenti Rövşən Quliyev və onun komandası xalqını unutmur
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter