Bakıda tanınmış həkimin qətli: 17 İllik həbs cəzasından sonra davam edən əmlak və aliment qalmaqalı

Bakıda tanınmış həkimin qətli: 17 İllik həbs cəzasından sonra davam edən əmlak və aliment qalmaqalı

"Qanunyolutv.az" xəbər verir ki, Azərbaycanda və Türkiyədə tanınmış həkim Türkan Gündüzün 6 may 2023-cü il tarixində Abşeron rayonu, Novxanı qəsəbəsində həyat yoldaşı Muhammet Gündüz tərəfindən 8 bıçaq zərbəsi ilə qətlə yetirilməsi hadisəsi ilə bağlı hüquqi proses yeni bir mərhələyə qədəm qoyub.

Məhkəmənin qərarı ilə qatil Muhammet Gündüzə 17 il həbs cəzası verməsinə baxmayaraq, mərhumənin geridə qalan övladları və ailəsi qarşı tərəfin qanunsuz təzyiqləri və mülk qəsb hissləri ilə mübarizə aparmaqda davam edir. Xəyanətin ardından gələn qətl hadisəsi ailə yaxınlarının verdiyi məlumata görə, hadisələrin başlanğıcı Türkiyədə yaşadıqları dövrə təsadüf edir.

Mərhumənin qızı Həlimə Gündüzün dediklərinə əsasən anası Dr. Türkan Gündüz, həyat yoldaşının evdəki xidmətçi ilə yaxın münasibətdə olduğunu kamera görüntüləri vasitəsilə aşkar etdikdən sonra övladları Həlimə və Sibel Gündüzü götürərək Bakıya gəlib və boşanma davası açıb. Barışıq bəhanəsi ilə Bakıya gələn Muhammet Gündüz, 6 may axşamı o zaman 11 yaşında olan qızı Sibelin gözü qarşısında həyat yoldaşına 8 bıçaq zərbəsi vuraraq onu qəsdən öldürüb. Hadisə yerinə gələn həkimlərə "özü özünü vurdu" deyərək iftira atmağa çalışsa da, azyaşlı qızın qatili cəsarətlə polisə nişan verməsi nəticəsində Muhammet Gündüz cinayət başında həbs edilib.

Məhkəmə dövründə təhdidlər və qanunsuzluqlar məhkəmə prosesi boyunca qatil və tərəfdarları tərəfindən ailə üzvlərinə davamlı təhdidlər edildiyi, şikayətin geri götürülməsi üçün sövdələşmə cəhdləri göstərildiyi bildirilir. Cinayət sübuta yetirildikdən sonra məhkəmə Muhammet Gündüzə 17 il həbs cəzası kəsib.

Bu müddətdə onun birinci nikahından olan qızı Büşra Gündüzün atasına bütün qanunsuz işlərdə şərik olduğu iddia edilir. Eyni zamanda, proses boyunca Muhammet Gündüzün və qızı Büşra Gündüzün müdafiəni təşkil edən vəkillərlə peşə etikasına sığmayan, vəkillik fəaliyyətindən daha üst və qeyri-adi dərəcədə, hüquqi prosesi bu şübhəli əlaqələr vasitəsilə öz xeyirlərinə yönləndirməyə çalışdıqları da ailə tərəfindən irəli sürülən iddialar arasındadır.

Mülki məhkəmə qərarı və evlərə qanunsuz basqın Bakı məhkəməsinin qərarı ilə mərhumənin mülkləri üzərində 50/50 faiz nisbətində bölgü aparılıb. Qanuni vərəsələr kimi mərhumənin anası Sevda Hacıyeva, atası Yafes Hacıyev və övladları Həlimə ilə Sibel Gündüz tanınıb. Lakin hələ rəsmi bölgü tamamlanmamışdan əvvəl, Büşra Gündüzün keçmiş xidmətçi ilə birlikdə Novxanıdakı qətl evinə qanunsuz daxil olaraq kilidləri dəyişdiyi, kamera quraşdırdığı və mərhumə həkimə məxsus bahalı tibbi avadanlıqları oğurladığı iddia olunur. Kirayəşinlərə təhdid və ödənilməyən alimentlər, qanunsuzluqlar bununla da bitməyib.

Nərimanov rayonunda yerləşən və Dr. Türkan Gündüzün halal zəhməti ilə alınan digər mənzilə Büşra Gündüz və vəkilinin basqın etdiyi, oradakı kirayəşini ağır sözlərlə təhqir və təhdid edərək evi boşaltması üçün 3 gün vaxt qoyduqları bildirilir. Hazırda cəzaçəkmə müəssisəsində olan qatil Muhammet Gündüz, geridə qalan yetim övladlarına məhkəmə qərarı ilə kəsilən aliment pulunu ödəmir. Eyni zamanda, nənə Sevda Hacıyevaya verilməli olan 15.000 manatlık analıq haqqı kompensasiyası da 3 ildən artıqdır ki, ödənilmir. Lakin ailənin haqqını mənimsəyən qarşı tərəf, Büşra Gündüzün Bakı Dövlət Universitetindəki təhsil haqqını ödəməkdə davam edir.

Qeyd edim ki, zərərçəkmiş ailə üzvləri və yetim qalan övladlar, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevdən, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevadan, Baş Prokuror Kamran Əliyevdən, DİN cənab Vilayət Eyvazovdan, MM-dən, Analar Cəmiyyətindən, aidiyyəti dövlət qurumlarından və hüquq-mühafizə orqanlarından bu qanunsuzluqlara son qoyulmasını və ədalətin tam bərqərar olmasını xahiş edirlər.

P.S. Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq ümid edirəm ki, bu haqsızlıq, özbaşnalıq, bir həkimin qatili olaraq yetim qalmış qız uşaqlarının haqlarını tapdalayıb, onların hisləriylə oynamaq, qatilin verdiyi tapşırıqları hansısa bir vəkilin əliylə icra etdirmək və onlara hədə-qorxu gələrək son həddə çatdırmaq bizim həmişə güvəndiyimiz aidiyyatı qrumlar tərəfindən aradan qaldırılacaq, öz humanistliyini göstərərək bu iki yetim qalmış qız övladlarına köməklik edərək haqq-ədaləti bərpa edəcəklər. Qabaqcadan təşəkkürümüzü bildiririk!

"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter