Türkan Gündüzü öldürən ərinə 17 il həbs verildi
- 10.01.2025, 13:30,
- Kriminal / Səhiyyə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Plastik cərrah Türkan Gündüzü öldürməkdə ittiham olunan əri Muhammet Gündüzün məhkəməsi başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Türkiyə vətəndaşı Muhammet Gündüz xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2023-ilin mayında baş verib. Muhammet Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib.
Allah rəhmət eləsin!