Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib

Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü 3 may tarixində Türkiyənin İzmit şəhərində, Kocaeli Bələdiyyəsinin akt zalında baş tutub.

Tədbirdə Türkiyənin tanınmış yazar və şairləri, həmçinin ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirin aparıcısı yazar ədəbiyyat araşdırmacısı Mehmet Asıf Işık sözün yükündən, şairin duyğulu baxış bucağından bəhs edib və tədbir boyunca müəllifin şeirlərini səsləndirib.

Çıxış edən qonaqlar Azərbaycanlı şairlə görüşdən məmnunluqlarını ifadə edərək, iki qardaş ölkənin ədəbiyyat sahəsindəki yaxın əlaqələrinin qürurverici olduğunu bildiriblər.

Kitabın nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin başqanı və "Liz Yayınları"nın rəhbəri, şair Ramazan Seydaoğlu da çıxış edərək kitabın ərsəyə gəlmə prosesindən və sözün dəyərindən danışıb.

Leyla Mətin tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür edib, öz şeirlərindən nümunələr səsləndirib. Ənənəyə uyğun olaraq, sonda kitablar imzalanıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, "Sevgi mövsümü" müəllifin sayca üçüncü kitabıdır.

P.S.Sonda məndə "Qanunyolutv.az" -in rəhbəri olaraq kollektivimiz adından AYB-nin üzvü, şair Leyla xanım Mətinə bu yolda daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Leyla xanım arzu edirəm ki, qələminiz həmişə yazar və iti, sözünüz, imzanız hər yerdə keçərli olsun! Təbrik edirik!



"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter